Rusiya açıqladı: S-400-lə bağlı razılığa gəldik

Rusiya ilə Səudiyyə Ərəbistanı S-400 raket kompleksinin satışı ilə bağlı razılığa gəlib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Texniki Əməkdaşlıq Təşkilatının sözçüsü Mariya Vorobyeva Sputnik-ə məlumat verib.

O, tərəflərin başqa hərbi vasitələrin satışı məsələsini də razılaşdırdıqlarını bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın S-400 sistemlərinin Səudiyyə Ərəbistanına satılması ilə bağlı ilkin razılıq əldə edilmişdi.