Türkiyədə məşhur Altan qardaşları saxlanıldı

Türkiyədə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində tanınmış jurnalistlər Əhməd Altan və onun qardaşı professor Mehmet Altan saxlanılıblar.

Sabahinfo.az-ın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, onların saxlanılmalarına səbəb televiziya verilişlərinin birində dövlət əleyhinə səsləndirdikləri ifadələri olub.