Vəhdət partiyasından Qüdrət Həsənquliyevə etiraz

Qüdrət Həsənquliyevin son zamanlar Rusiya ilə münasiətlərimizin normallaşdırılması adı altında təslimçi və dövlət müstəqilliyimizə zərər gətirə biləcək mövqe nümayiş etdirməsi məni çox rahatsız etdi.

Bunu Sabahinfo.az-a açıqlamasında Vəhtəd partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndi deyib: "Qüdrət Həsənquliyevin bu müsahibəsini sona qədər oxumaq üçün səbrimi zorladım.Xüsusi olaraq vurğulayıram ki, Qarabağın işğaldan azad edilməsi yollarını Azərbaycanın KTM, Avrasiya İttifaqı və kömrük Birliyinə daxil olmasında görməsi ya siyasi korluq ya da bilərəkdən ölkəni müstəmləkəçiliyə sürükləməkdir. Məsələ bu təkliflə bitsə idi, yenə də dərd yarı idi.Qüdrət Həsənquliyev bir az da irəli gedərək Rusiya işğalçı qoşunlarının Qarabağda yerləşəməsini də təklif edir.

Öncə onu qeyd edim ki, Azərbaycan nəinki Rusiya , hətta Ermənistanla da müəyyən siyasi iqtisadi əlaqələr qura bilər.Lakin bu əlaqələr yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin könüllü olaraq tam boşçaldılmasından sonra baş verə bilər. O zaman biz Rusiya ilə hərtərəfli iqtisadi və siaysi layihələr həyata keçirə bilərik.Hələlik isə Azərbaycanın siyasi rəhbərliyi Rusiya ilə müttəfiqlikdən uzaq durmaq siyasətini yürütməkdədir..Əgər Qarabağla bağlı sülh danışıqları nəticə verərsə , bu regionda sülhməramlı qüvvələrin yerləşdirilməsi də istitsna deyil.Lakin bu qüvvələr BMT mandatı ilə bir neçə dövlətin iştirakı ilə baş tuta bilər.Bu dövlətlərin arasında Türkiyənin olması xüsusilə vacibdir.Ən əsası da odur ki, bu qüvvələr ağır döyüş texnikalar ilə təchiz olunmamaq şərti ilə patrul xidməti göstərməlidirlər ki, gələcəkdə onların missiyasi sona çatdıqda torpaqlarımızı problemsiz tərk edə bilsinlər".