"Əgər parçalanma başlasa, o zaman bu prosesin sonu olmayacaq"

"Tehran İraqın şimalındakı kürd muxtariyyətinin özünü müstəqil elan etməsinin perspektivini görmür".

Sabahinfo.Az Report-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin Yaxın Şərq və Afrika ölkələri üzrə müavini Hüseyn Cabir Ənsari "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında bildirib.

"Biz hesab edirik ki, iki əsas prinsip üzərində işləmək lazımdır: kürdlərin vətəndaş hüquqlarının gerçəkləşməsinin vacibliyi, İraqın ərazi bütövlüyü məsələsində bölgə dövlətlərinin birliyi və bu ölkələrin parçalanmaması. Əgər parçalanma başlasa, o zaman bu prosesin sonu olmayacaq", - deyə Ənsari vurğulayıb.

Xəbərə əsasən, nazir bildirib ki, onlardan olan informasiyaya görə, kürdlər İraqda referendum keçirməyi planlaşdırmırlar.