"Türkiyə və ABŞ Gülənin ekstradisiyasını müzakirə edəcəklər"

Fətullah Gülənin ekstradisiyası ilə bağlı məsələ ABŞ Ədliyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı müzakirə ediləcək. 

Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bu məsələ ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfərində də müzakirə olunacaq.