ABŞ-ın İstanbul konsulu həbs edilə bilər

ABŞ-ın İstanbuldakı keçmiş baş konsulu Çarlz F.Hunter həbs edilə bilər. O, Türkiyədə çalışdığı müddətdə işçilərin əməyindən sui-istifadə edirmiş.

Sabahinfo.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin Müfəttişlik İdarəsinin hesabatında məlumat verilib.
 
Hesabatda Hunterin lazımi idarəçilik qabiliyyətinə sahib olmadığı bildirilib.
 
Xatırladaq ki, Çarlz F.Hunter 2013-2016-cı illərdə İstanbulda baş konsul vəzifəsini icra edib.