Bakıda ana 4 yaşlı uşağını küçəyə atdı

Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında yazıb. 

O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib. Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.