Bakıda restoranda güclü yanğın baş verib -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nəsimi rayonunda yerləşən restoranda baş verən güclü yanğınla bağlı məlumat yayıb.

FHN-dən Sbahinfo.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 kvadratmetr olan restoranın anbarının yanar konstruksiyaları 14 kvadratmetr sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

08:16

Bakının Nəsimi rayonunda restoranda güclü yanğın baş verib.

Sabahinfo.az xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Belə ki, ümumi sahəsi 125 kvadrat metr olan restoranın 65 kvadrat metr ərazisi yanıb. İlkin məlumata görə, yanğın restoranın anbarından başlayıb.