Albaniya parlamentinin sədri: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir"

"Albaniya Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu formatında həll olunmasını və zorakılıq tədbiq etmədən sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsini dəstəkləyir".

 

APA-nın məlumatına görə, bunu Albaniyanın paytaxtı Tiranada  keçirilən NATO Parlament Assambleyasının yaz sessiyasında çıxış edən Albaniya Parlamentinn spikeri İlir Meta Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış son duruma münasibət bildirərək deyib.

 

Spiker bəyan edib ki, Albaniya beynəlxalq ictimaiyyətin mövqeyi ilə tam şərikdir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və heç bir münaqişə Qafqaz regionunda yaşayan insanlara yardım etmir.sabahinfo.az