Almaniya Türkiyədəki nümayəndəliklərini bağladı

Almaniya Ankaradakı səfirliyini və Türkiyədəki nümayəndəliklərini bağlayıb.

Sabahinfo.Az teleqraf.com-a istinadən xəbər verir ki,  buna səbəb kimi Almaniya nümayəndəliyə yönəlik hücum təhdidinin olmasını göstərib.
 
Almaniyanın "Bild" nəşrinin məlumatına görə, diplomatik nümayəndəliklər və alman məktəbləri sentyabrın 16-dək bağlı qalacaq.