Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. 

Sabahinfo.Az-ın məlumatına əsasən, bu barədə APA "dunyanews.tv” saytına istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.