Azərbaycan və dünyada Ramazan bayramı necə qeyd edilib?

Ramazan ayının karantin və sosial məsafə ilə keçməsindən sonra dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər.

"Orucun bitməsi festivalı" İslamın əsas iki bayramından biridir. O, müqəddəs orucluq ayı sayılan Ramazanın son günündə ayın görünməsi ilə başlayır.

Lakin koronavirus məhdudiyyətlərinin tətbiq olunması ilə builki Ramazan bayramı bir çoxları üçün fərqli görünə bilər.

Müsəlmanlar Ramazan ayını koronavirusa görə təcrid olunmuş şəraitdə qeyd edirlər
Orucluq ayının başlanması ayın görünməsindən asılı olduğu üçün, Ramazanın birinci günü müxtəlif ölkələrdə fərqlənə bilər.

Məsələn, Somali və Keniya bayramı şənbə günündə qeyd etməyə başlayıb. İndoneziya və Taylandda isə bu, bazar günü qeyd olunub.

Dünyanın bəzi yerlərində isə müsəlmanlar hələ də oruc tutur və bazar ertəsinə qədər Ramazan bayramını qeyd etməyəcəklər.

Azərbaycanca isə Ramazan bayramı mayın 24-də qeyd olunub.

May ayının sonuna təsadüf edən Ramazan bayramı Azərbaycanda 28 May günü ilə arxa-arxaya düşdüyü üçün səkkiz günlük qeyri-iş günü elan olunub.

İndoneziyadakı namazdan əvvəl bəzi ibadətçilərin hərarətləri yoxlanılıb


İndoneziyanın Banda Aceh bölgəsindəki bu məsciddə insanlar toplaşıb.



Səhiyyə sistemi pandemiyadan əvvəl də təzyiq altında olan, əhalinin sıx məskunlaşdığı ərazi virusla əlaqədar ilk ölümü şənbə günü elan edib



Tehranda insanlar qoruyucu əlcək və maskalardan istifadə edib, sosial məsafəni qoruyublar



Bu görüntü Albaniyadakı ibadətçiləri göstərir