BMT-nin yeni Baş katibi bəlli oldu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası quruma rəhbərlik edəcək baş katibin adını açıqlayıb. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, BMT-nin yeni baş katibi Antonio Quterreş olacaq. Antonio Quterreş əvvəllər Portuqaliyanın baş naziri postunu tutub.

 

Qeyd edək ki, BMT-nin hazırki Baş katibi Pan Gi Munun səlahiyyət müddəti bu ilin sonunda başa çatacaq.