Çindən Türkiyəyə dəstək

Çin İstanbuldakı hadisədən sonra terror təhlükəsinə qarşı mübarizədə Türkiyəyə dəstək göstərmək niyyətindədir.

Sabahinfo.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri Si Tsinpin bəyan edib.

Qeyd edək ki, yeni il gecəsi 700 nəfərin olduğu məşhur kluba silahlı basqın zamanı 16-sı xarici olmaqla 39 nəfər ölüb, 69 nəfər yaralanıb.