Deputatlar Azərbaycan-İran dostluğunu möhkəmləndirməyə çalışırlar

"Bu gün Milli Məclisdə İran parlamenti ilə dostluq qrupunun üzvləri  və İran İslam Respublikası İslam Məsləhət Şurasının (parlament) Azərbaycan parlamenti ilə dostluq qrupunun üzvlərinin görüşü oldu".

sabahinfo.Az xəbər verir ki, bu barədə Milli Məclisin komitə sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə bildirib: 

"Əvvəlki görüş bir həftə əvvəl İran parlamentində olmuşdu. Görüşdə iki ölkənin parlamentləri arasında dosluq əlaqələrinin daha da möhkəmlənməsi məsələləri müzakirə edildi".