Di Kaprio ABŞ-ın 26-cı prezidenti olacaq

Hollivudun məşhur aktyoru və "Oskar” mükafatı sahibi Leonardo Di Kaprio ABŞ Prezidenti Teodor Ruzvelt haqqında çəkilən filmdə baş rolda oynayacaq.

Kult.azxəbər verir ki, bu barədə "Empire” jurnalı informasiya yayıb.

Di Kaprio dəfələrlə filmdə Teodor Ruzvelt obrazını canlandırmaq istədiyini bildirib. ABŞ-ın 26-cı prezidenti barədə filmin çəkilişlərinə rəhbərlik edən Martin Skorsezin filminin ssenarisini Skott Blum yazacaq. Ruzvelt haqqında bioqrafik filmin çəkilişləri "Paramount Pictures” şirkəti ilə Leonardo Di Kaprionun "Appian Way productions” şirkətinin ilk birgə layihəsi olacaq.

Di Kaprio bundan əlavə Martin Skorsezin başqa bir filmində - "Ağ şəhərdə olan şeytan" filmində də iştirak edəcək. Aktyorla rejissor arasında cəmi 5 ortaq layihə mövcuddur.