DİN-lə din “birləşib” mağazalarda reyd keçirdi: "Fatimə"də qanunsuzluq

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Sumqayıt şəhərindəyerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışıilə məşğul olan ikimağazada reyd keçirib.

Komitədən verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların vəməmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həminədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası iləmarkalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayətolunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Sumqayıt şəhəri 17-ci və 5-ci mikrorayonlar ərazisində yerləşən "Fatimə"dini mağazalarına keçirilən reydlər zamanı baxış keçirilən mağazalarınixtisaslaşdırılmış satış məntəqəsi kimi fəaliyyətinə müvafiq icazəninverilməməsi aşkar olunub və qeyri-qanuni formada satışını həyatakeçirdikləri dini təyinatlı mal və məmulatlar müəyyən edilərəkhüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntularının hüquq-mühafizə orqanları ilə birlikdə
araşdırılması davam etdirilir.