Donuzlar 3 İŞİD terrorçusunu parçalayıb

İraqın Kərkük əyalətinin 53 kilometrliyində yerləşən Əl-Raşad bölgəsində çöl donuzları İŞİD terrorçularının düşərgəsinə hücum edib.

AzVision.az-ın məlumatına görə, düşərgəyə qəfil hücum edən çöl donuzları 3 İŞİD yaraqlısını parçalayıb.

Digər terrorçuların daha sonra donuzları məhv etdiyi bildirilir.