Dubayın daha bir rekordu - Dünyanın ən böyük fotoçərçivəsi

Dünyanın ən böyük fotoçərçivəsi noyabrda Dubayda təqdim olunacaq. Trend-in məlumtına görə, bu barədə şəhərin bələdiyyəsi xəbər verib.

2013-cü ildə başlanan və dəyəri 43,6 milyon dollar olan layihə rəsmi şəkildə 2015-ci ildə açılmalı olsa da, təxirə salınmışdı.

Çərçivənin hündürlüyü 150 metr, eni 93 metrdir.

Bu nəhəng çərçivə "Zabeel Park"da quraşdırlıb. Böyük çərçivədən müasir Dubayın, eləcə də köhnə şəhərin mənzərəsi açılır.