Dünya liderlərinin təbriki

Yaponiyanın İmperatoru Akihito Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

sabahinfo.az milli.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və xalqınıza rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".

XXX

İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İsveçrə Konfederasiyası Federal Şurası adından səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, ölkənizə inkişaf, əmin-amanlıq və rifah arzu edirik.

Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

XXX

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm".

XXX

İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İsrail xalqı və hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir. Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq. Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik.

Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyiniz bərpa ediləndən bəri ölkənizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır. Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm".