Əfqanıstanda 34 İŞİD terrorçusu öldürülüb

Əfqanıstanın şərqində yerləşən Nangarhar vilayətində İŞİD terror təşkilatına qarşı aparılan əməliyyat zamanı 34 yaraqlı öldürülüb.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun mətbuat katibi Ataullah Hogyani məlumat verib.

O, bölgədə əməliyyatların davam etdiyini qeyd edib.

Təxminən bir həftə əvvəl də Nangarharın Açın rayonunda İŞİD-ə qarşı həyata keçirilən hava hücumu nəticəsində 56 terrorçu öldürülmüşdü.