Ərdoğan Serbiyaya getdi - Tarixi səfər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edib.

Sabahinfo.az xəbər verir ki, Ərdoğan Belqrada dünən axşam gəlib. O, Belqraddakı Mir villasında Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşüb. Türk lider bu gün də Serbiyada görüşlər keçirəcək.

O həmçinin Serbiyanın cənubunda yerləşən Novi Pazar şəhərinə gedəcək. Bu şəhər Türkiyənin Balkanlardakı əsas ideoloji və siyasi qalası sayılır.

Qeyd edək ki, ölkənin müsəlman əhalisi Ərdoğanın gəlişini "tarixi səfər” olaraq qiymətləndirirlər./axar.az/