Ermənistanda xidmət rəhbəri həbs olundu

Qeraçi adına İrəvan Dövlət Tibb Universitetinin təhlükəsizlik xidmətinin rəhbəri Vanik Qinosyan həbs olunub.

Sabahinfo.Az azvision.az-a istinadən bildirir ki, bu barədə universitetin rektoruMikael Narimanyan bildirib. 

Narimanyan Qinosyanın 2 ay əvvəl həbs olunduğunu desə də, onun nədə günahlandırıldığını açıqlamayıb. 

Rektor sadəcə araşdırma getdiyini bildirib. 

Qeyd edək ki, daha əvvəl "Johovurd" qəzeti universitet rəhbərliyinin saxlanıldığını yazmışdı.