Ermənistanın yeni baş naziri məlum olub

Ermənistanın yeni baş naziri Karen Karapetyan olub. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Ermənistan prezidenti Serj Sarkisyan onun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, 2014-cü ilin aprel ayından Ermənistan hökumtinə rəhbərlik edən sabiq baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib.