Filippində hərbi helikopter qəzaya uğrayıb

Filippində xilasetmə əməliyyatları üzrə təlimlərdə hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində üç nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Sabahinfo.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Hadisə bu gün Risal əyalətində baş verib.

Pilot və heyətin iki üzvü ölüb. UH-1D hərbi helikopterinin göyərtəsində zərərçəkən şəxs tibbi mərkəzə çatdırılıb.