Fuad Qəhrəmanlı yenə məhkəməyə gəlmədi, boşanma işi təxirə salındı

AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı və həyat yoldaşı Zümrüd Qəhrəmanlının (Yağmur) boşanması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az-ın məlumatına görə, boşanma iddiasınaAbşeronRayon Məhkəməsində hakim Elman Məmmədov tərəfindən baxılıb.

Prosesdə Zümrüd Qəhrəmanlını vəkil Zibeydə Sadıqova təmsil edib.Fuad Qəhrəmanlıvə vəkili bu dəfə də iclasa gəlməyib.

Hakim bildirib ki, Fuad və Zümrüd Qəhrəmanlının yetkinlik yaşına çatmamış övladı 15 yaşlı Sənay İbrahimli məhkəməyə gətirilməli və hansı valideyninin yanında qalmaq istədiyini bildirməlidir.

Vəkil Zibeydə Sadıqova uşağın məktəbdə olduğunu və gələ bilmədiyini qeyd edib. Bu səbəbdən məhkəmə prosesisi təxirə salınıb. Növbəti iclas 17 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlıAbşeronrayon məhəkəməsində iddia qaldırıb. Sözügedən işlə bağlı sentyabrın 26-da keçirilmiş hazırlıq iclası F.Qəhrəmanlı və vəkili iclasa gəlmədiyi üçün təxirə salınmışdı.