Gürcüstan prezidenti Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təbrik məktubu ölkə prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

 

 "Qurban bayramı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Qurban bayramı - sülh, həmrəylik, ümid və xeyrin şərə qalib gəlməsi deməkdir”, prezident vurğulayıb.

 

Ölkəsindəki müsəlman ailələrin bayram sevincini paylaşdığını deyən prezident bütün müsəlmanlara uğur və xoşbəxtlik arzu edib.