Bilal Ərdoğan və Səlcuq Bayraktar Fələstinə dəstək aksiyasında - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və kürəkəni Səlcuq Bayraktar da daxil olmaqla, həftəsonu İstanbulda Fələstinə dəstək aksiyasında on minlərlə türk iştirak edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, İstanbulda bununla bağlı daha iki irimiqyaslı nümayiş keçirilib.

Bununla yanaşı, Türkiyə lideri isə “Qəzza zolağında günahsız insanların ayrıseçkilik edilmədən qətliamını” qəti şəkildə pisləyib.