Biləsuvar rayonunda erkən nikahla mübarizə sahəsində tədbir keçirilib

"Gender Bərabərliyi" İctimai Birliyi Biləsuvar rayonunda erkən nikahla mübarizə sahəsində tədbir həyata keçirmişdir.

"Gender Bərabərliyi" İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azyaşlı qızların kabusu - erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" adlı layihəsi 01.08.2023-31.10.2023 tarixini əhatə edir.Layihədə nəzərdə tutulan tədbirlər Biləsuvar və Lənkəran rayonunda keçiriləcəkdir. İlk tədbir Biləsuvar rayonunda  keçirildi.

Tədbiri giriş sözü ilə açan "Gender Bərabərliyi" İctimai Birliyinin sədri Şəkərxanım Əliyeva layihənin əsas məqsədi, qarşıya qoyulmuş vəzifələr, ölkəmizdə erkən nikahın qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatlarının rolunu qeyd etmiş, dövlətin sosial sahədə apardığı siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd etmişdir.

Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov erkən nikahın qarşısının alınması üçün gənclərin  ali və peşə təhsilinə yönləndirilməsinin vacib olduğunu, valideynlər və müəllimlərin gənclərin təhsil və tərbiyəsinə xüsusi qayğının zəruri olduğunu qeyd etmişdir. Tədbir interaktiv formada və müzakirə xarakterli olmuşdur. Belə ki, tədbir iştirakçıları erkən nikahın qarşısının alınması sahəsində tədbirlərin keçirilməsinin zəruri olduğunu, keçirilmiş tədbirlərin erkən nikahın qarşısının alınmasına müsbət təsirindən söz açmışlar. Biləsuvar rayonunda son vaxtlar erkən nikah probleminin qismən aradan qaldırılmış olması, gənclərin təhsilə yönləndirilməsi istiqamətində dövlətin apardığı islahatlardan öz razılıqlarını ifadə etmişlər.