İlham Əliyev Myanma prezidentini təbrik etdi

Prezident İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Thin Cjoya təbrik məktubu ünvanlayıb. Sabahinfo.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir: "Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına sülh və rifah diləyirəm”.