İran parlamentinə hücum edən terrorçular məhv edilib

İran parlamentinə hücum edən terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliiyat başa çatıb.

Hücum edən 4 terrorçunun hamısı məhv edilib.

Məlumata görə, hazırda parlamentin binasında axtarış aparılır.

İran parlamentinin spikeri Əli Laricaninin də hadisə yerinə baxış keçirdiyi bildirilir.

Qeyd edək ki, İran parlamentinə terrorçular 7 nəfəri qətlə yetirib.