İŞİD-in “Qafqaz əmiri” öldürüldü

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri öldürülüb.

Bu barədə Sabahinfo.az "RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən "Qafqaz əmiri” ləqəbli terrorçu Mosulun qərbində qətlə yetirilib. Belə ki, naməlum şəxslər "Qafqaz əmiri” ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində yerləşən Təl-Afərdəkı evinin yaxınlığında öldürüblər.