Londonda növbəti hücum: yaralılar var VİDEO

İngiltərənin paytaxtı Londonda Tarix Muzeyinin yaxınlığında bir avtomobil səkidəki insanların üzərinə sürülüb.

Sabahinfo.az xəbər verir ki, hadisə nəticəsində çox sayda insan yaralanıb. İnsidentdən sonra bir nəfər saxlanılıb. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb.

London polisinin yaydığı rəsmi açıqlamada hadisənin terror hücumu olub-olmadığı araşdırılır.