Məmmədyarov sabah Brüsseldə həmsədrlərlə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.Nazirlikdən Lent.az-a verilən məlumata görə, E. Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

 

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun sabah Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.  sabahinfo.az