Nigerdə terror: - 20 ölü

Nigerdə qaçqın düşərgəsinə hücum olub.

 

sabahinfo.az Xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qərbində Tazalit qaçqın düşərgəsinə terroristlərin hücumu zamanı 20 nəfər ölüb. Ölən 20 nəfərin əksəriyyəti qaçqın düşərgəsini qoruyan mühafizəçilər.

 

İnsani yardım təşkilatlarının iddialarına görə, hadisə 10-a yaxın terrorist tərəfindən gerçəkləşdirilib.

 

Mali və Nigeriya ilə həmsərhəd olan Niger bir müddətdir ki, terror təşkilatlarının hücumları ilə mübarizə aparır.