Böyük Qayıdışın müəllifinə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Kürdəmir rayonunun Sovla, Söyüdlər, Köhünlü, Qaramahmudlu və Şüşün kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Mahir Cavadov, Sənan Ələsgərov və Nurəddin Astanov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son 20 il müddətində Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər tam yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağ münaqişəsi kökündən həll edilib, torpaqlarımız erməni işğalından azad olunub. 

Natiqlər seçiciləri Azərbaycanı zəfərdən-zəfərə aparan qalib Lider İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Görüşlərdə çıxış edən seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.