Prezident İlham Əliyevin adından Pakistanın baş nazirinin şərəfinə rəsmi nahar verilib - YENİLƏNİB - FOTO

12:57

AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin şərəfinə rəsmi nahar verilib.

-----------

12:11

AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.

---------

11:04

AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.

----------

10:32

AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

-Bu gün bizim üçün vacib gündür. Bizim əlaqələrimiz yüksək səviyyədədir və əminəm ki, bu görüş əlaqələrimizi daha da gücləndirmək baxımından uğurlu olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün həyata keçirilmiş işlərə bir daha nəzər salmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli keçəcək.

Pakistanın Baş naziri Nəvaz ŞƏRİF dedi:

-Təşəkkür edirəm, cənab Prezident.

Burada olmaq bizim üçün şərəfdir. Çox gözəl Bakı şəhərinə səmimi dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə minnətdaram. Şəhərinizə heyran qalmışam. Hər yerdə Sizin şəhərin gözəlliyindən çox danışılır.

Mən bir dəfə 1998-ci ildə yolüstü Bakıda olmuşam. Bu, mənim ondan sonra bu şəhərə ilk səfərimdir. Gözəl Bakı şəhərində olmaqdan məmnunam. Bakı dünyanın ən gözəl şəhərlərindən və mənim gördüyüm ən təmiz şəhərlərdən biridir. Mən bir daha burada olmağıma şadam.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Xoş sözlərinizə görə minnətdaram.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

---------

10:27

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.

Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Pakistanın Baş naziri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdirdilər.

Prezident İlham Əliyevin adından Pakistanın baş nazirinin şərəfinə rəsmi nahar verilib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyevin adından Pakistanın baş nazirinin şərəfinə rəsmi nahar verilib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyevin adından Pakistanın baş nazirinin şərəfinə rəsmi nahar verilib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyevin adından Pakistanın baş nazirinin şərəfinə rəsmi nahar verilib - YENİLƏNİB - FOTO