Putin: - "Moskva Ankaradan konkret addımlar gözləyir"

Rusiyanın prezidenti Vladimir Putin Moskvanın Ankaradan konkret addımlar gözlədiyini bəyan edib.

Sabahinfo.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, o deyib ki, Moskvada Ankaranın münasibətləri bərpa etmək istəyi barədə bəyanatlar eşidirlər.

"Biz də münasibətləri bərpa etmək istəyirik", deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərin əvvəlki səviyyəsini çox qiymətləndirirdi.