Qənirə Paşayeva Sami Yusuflə görüşüb

Millət vəkili Qənirə Paşayeva tanınmış azərbaycanlı sənətçi Sami Yusuflə görüşüb.


Sabahinfo.az-ın məlumatına görə, o, bu barədə özünün "Facebook” sosial səhifəsində yazıb. 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Təbriz, Ərdəbil, Urmiya, tariximiz, musiqimiz, folklorumuz müzakirə mövzusu olub:"Sami Yusuf dəyərli bir sənətçi olmaqla bərabər gözəl bir insan və çox savadlı bir ziyalı, gerçək Allah dostudur. Dünya tarixi, ədəbiyyatı, musiqisini gözəl bilməklə yanaşı sufizmin, tasüvvuf ədəbiyyatının gözəl bilənlərdən biridir. Onunla söhbətdən doymaq olmur. Əsərlərindən də geniş söhbət etdik. Qarabağ xanəndələri, muğam, xalq musiqilərimiz, böyük sənətkarlarımızın əsərlərinin albomlarını, Qarabağ həqiqətləri ilə bağlı kitab və filmləri hədiyyə etdiyimdə "Bundan böyük hədiyyə ola bilməzdi” deyib musiqilərimizdən ürəkdən və sevgi ilə söhbətlərini dinləməkdən zövq aldım. Azərbaycanda olmaqdan özünü çox mutlu hiss edir. Çünki Vətənindədir”.


Qeyd edək ki, martın 14 və 15-də Sami Yusif Heydər Əliyev sarayında "Sarı Gəlin” adlı 2 günlük konsert proqramı ilə çıxış edəcək. Konsertdə məşhur ifaçı 19 mahnı səsləndirəcək.