Rasmussen Ukraynadakı yeni vəzifəsindən danışdı

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Ukrayna Prezidenti Pyotr Poroşenkonun müşaviri qismində bu ölkədə təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək. 

 

sabahinfo.az xəbər verir ki, bunu sabiq baş katib Feysbuk səhifəsində yazıb.

 

"Mən böyük məmnuniyyətlə təyinatı qəbul etdim və Ukraynada  təhlükəsizliyin və islahatların tətbiqinin təmin olunması, Ukrayna-Aİ münasibətlərinin möhkəmləndirilməsi üçün əlimdən gələni edəcəm”, - Rasmussen qeyd edib.

 

Qeyd edək ki, Poroşenko mayın 27-də Anders Foq Rasmusseni özünə ştatdan kənar müşavir təyin olunması barədə fərman imzalayıb.

 

Anders Foq Rasmussen 2009-2014-cü illərdə NATO-ya rəhbərlik edib.