Roma Papasından Türkiyə ilə bağlı - ÇAĞIRIŞ

Bu gün Roma Papası Fransisk ənənəvi ibadət mərasimi zamanı dindarlara müraciətində onları Türkiyənin Qaziantep şəhərində "qəddar sui-qəsd” nəticəsində həyatını itirənlərə dua etməyə çağırıb.

 

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Roma Papası Allahdan dünyaya sülh bəxş etməsini istəyib.

 

Qeyd edək ki, şənbə günü Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 50 nəfər ölüb, 94 nəfər yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktının İŞİD terror təşkilatı tərəfindən törədilməsinin ehtimal olunduğunu bildirib.