Ruhi revana sığmaza - Sami Yusuf “Nesimi”

Bildiyimiz kimi bu il ölkəmizdə Nəsimi ili qeyd olunur. Biri-birindən fərqli layihələr,yazılar izlədik,oxuduq. Lakin ən gözəli zənnimcə bu möhtəşəm layihə oldu. İlk dəfə Nəsimi filminə 7 yaşımda baxmışam təbbi ki,böyük sənətkarımız Rasim Balayev sayəsində Nəsimini sevmişəm. Hətda dəyərli sənətkarımızı uşaqkən nə zaman görsəm "aaaa baxın Nəsimidir o" söyləyirdim. İndidə Sami Yusuf mənə Nəsimini bir daha sevdirdi o,qədər gözəl layihədir ki, sözlə izzah edə bilmərəm. Hələdə bu gözəlliyi canlı görüb yenidən izləmək başqa bir aləmdir. Əslən Azərbaycanlı Sami Yusuf bildiyimiz kimi dünyada ən tanınan ifaçılardandır həmdə bu gözəl layihəni izləyəndə qürur duydum ki, Azərbaycanımızı tanımayanda bu gözəl kompozisya ilə tanıyacaq. Sənətçilərin göstərdiyi yüksək və böyük performans bir daha bunu sübut edir ki, Azərbaycan mədəniyyəti ilə çox zəngin ölkədir. Sonda isə Azərbaycanı hər sahədə daima ucaldan cənab prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ölkə baçcımızın sərəncamı ilə bu Azərbaycanda Nəsimi ili elan edildi.

Təşəkkürlər cənab prezident sayəinizdə bir daha ədəbiyyatımızın böyük yazarlarından olan Nəsimi'nin böyüklüyünü bizə yaşatdığınız üçün.