Rusiya Suriyaya S-300 raketlərinin göndərməsinin səbəbini açıqlayıb

Rəsmi Moskva Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi barədə qərarı ABŞ-ın ölkənin hava limanlarını qanadlı raketlərlə bombardman etmək niyyətində olmasına görə verib.

sabahinfo.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-i məlumat verib.

Bundan əvvəl Rusiya müdafiə nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Hmeymim və Tartusda yerləşdiriləcək S-300 raket kompleksləri hərbçilərin təhlükəsizliyini təmin edəcək və tanınmayan hədəfləri vurmaq iqtidarında olacaq.

Pentaqonun məlumatında isə bildirilir ki, ABŞ Rusiyanın Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi ilə bağlı qərarına cavab tədbirləri görəcək.