Spiker Merkeli arxa sırada oturtdu - Cəza

Almaniyada büdcə müzakirələri zamanı partiyasının qrup sədri ilə yüksək səslə danışan kansler Angela Merkel spiker tərəfindən cəzalandırılıb.

Sabahinfo.Az axar.az-a istinadən bildirir ki, Sol Partiya təmsilçisi büdcə ilə bağlı kürsüyə çıxıb danışdığı zaman Merkel yerindən qalxıb partiyasının qrup sədri Volker Kauderin yanına gedərək ayaq üstündə onunla söhbət etməyə başlayıb.
 
Bu vaxt deputatın çıxışını dayandıran Federal Məclisin sədri Norbert LammertMerkelə "Xanım kansler, buna gərək yoxdur. Əgər danışacaqsınızsa, bunu arxa sırada edin", - deyib.
 
Başını əyərək üzr istəyən xanım Merkel Kauder ilə birgə məclisin arxa sıralarına keçib.