Türkiyə Avropa İttifaqından 3 milyard avro tələb edir

Rəsmi Ankara Avropa İttifaqının miqrasiya sazişi ilə nəzərdə tutulan 3 milyard avronu yubatmadan Türkiyəyə köçürəcəyinə ümid edir. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Nazir hələ ki, vəsaitin köçürələcəyini gözlədiklərini vurğulayıb: "Biz Aİ ilə bir-biri ilə əlaqəli üç saziş imzalamışıq. Üç milyard avro gecikdirmədən köçürməlidir. Biz Aİ-dən cavab gözləyirik. Sazişlərimizi icra etməyə çağırırıq. Gəlin hamımızda narahatlıq yaradan prosesin qurbanı olmayaq”.