Türkiyə İraqla sərhədi bağladı

Türkiyə İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində "Habur" nəzarət-buraxılış məntəqəsi bağlayıb.

Sabahifo.az-ın məlumatına görə, məntəqə birtərəfli qaydada bağlanıb.

Qeyd edək ki, bu gün Ərbildə İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum keçirilir. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.