Türkiyə Rusiya buğdasına qoyulan qadağanı ləğv etdi

Türkiyə Rusiyadan buğda idxalına dair bütün qadağanı ləğv etdi.

Sabahinfo.az "Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

May ayının 3-də Rusiya prezidenti Vladimir Putin türk lideri Rəcəb Tayyib Ərdoğan ilə danışıqlardan sonra bildirib ki, görüşdə qarşılıqlı ticarətdə sanksiyaların aradan qaldırılmasına dair razılıq əldə olunub. Bununla yanaşı, vizasız rejim haqqında və Türkiyədən Rusiyaya pomidorun idxalına qoyulan sanksiyalar saxlanılıb.

Türkiyə hakimiyyəti martın 15-də bir sıra kənd təsərrüfatı mallarının gətirilməsinə dair qaydaları dəyişdirib. Bununla yanaşı, Rusiya rüsumsuz tədarükə hüququ olan ölkələrin siyahısına düşməyib.

Türk biznesinin nümayəndələri belə tədbirləri, Rusiyanın türk məhsullarına qoyduğu qadağaları tamamən ləğv etmədiyi ilə izah edirlər. Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Ankaranın qərarının Rusiya buğdasının, qarğıdalısının və düyüsünün Türkiyəyə tədarükünün tamamən dayandırılmasına və məhsulların digər bazarlara yönləndirilməsinə gətirib çıxara biləcəyini bəyan edib.