"Bu, rüşvət mənbəyidir" - Fazil Mustafa

"Sürücü üçün hər reys qabağı tibbi yoxlama nə dərəcədə realdır? Demək sürücü hər reys qabağı 10-20 manat ödəniş etməlidir ki, bu sənədi alsın. Bu, rüşvət mənbəyidir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

Onun sözlərinə görə, bunun formasını elə tapmaq lazımdır ki, sürücü bir dəfə yoxlanırsa, 1 ya 2 aydan bir onun səhhətinin yoxlanılması təmin edilsin:

"Hər dəfə bu tələb qoyulanda müqavilə bağlayıb hansısa tibb müəssisəsinə bu vəsiti ödəməlisən. Reys qabağı tibbi müayinə anlaşılmaz ifadədir, bunu dəqiqləşdirmək lazımdır. Müddətli tibbi müayinə qoyulmalıdır. Məsələn, 3,6 ay və ya 1 illik müayinə məsələsi qoyulmalıdır".