Ukraynada “Narıncı inqilab”ın şərəfinə bayram təsis ediləcək

Ukrayna prezidenti Petr Poroşenko "2016-cı ildə ləyaqət və azadlıq gününün qeyd edilməsi haqqında” fərman imzalayıb. 

sabahinfo.Az xəbər verir ki, bu barədə "112 Ukraina” məlumat yayıb. 

"Ləyaqət və azadlıq günü noyabrın 21-də qeyd edilir. Bu Ukraynada tarixi hadisələrə çevrilən 2004-cü ildə Narincı və 2013-cü ildə Ləyaqət inqilabının başladığı gündür”, - məlumatda deyilir. 

Qeyd edilir ki, Poroşenko 2016-cı ildə ləyaqət və azadlıq gününü qeyd edilməsi üşün hökumətə təşkilat komitəsini yaratmağı tapşırıb. Bu işə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ərazi icmalarının nümayəndələrinin, inqilab hadisələrinin fəal iştirakçılarının, "Vətən qəhrəmanları” ictimai təşkilatının nümayəndələrinin cəlb edilməsi tapşırılıb. 

Həmçinin sənədin mətnində, bu sərəncamın inqilab hadisələrində iştirak edən vətəndaşların insan haqlarının və Ukraynanın gələcəyini qorumalarında şücaətini, onların azadlıq, ədalət ideallarına sadiqliyinin və dövlətdə demokratik dəyərlərin təsdiqlənməsinə istiqamətləndiyi qeyd edilib.