Vüqar Səfərli: “Jurnalistlərin yeni binası gələn il istifadəyə veriləcək”

"Jurnalistlərin binasında tikinti davam edir. 2020-ci ilin Mətbuat Günündə binanın açılışı olacaq"

Sabahinfo.az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, binanın hansı kriteriyalar əsasında jurnalistlərə veriləcəyi gələn ilin aprel-may aylarında elan olunacaq.

V.Səfərlin qeyd edib ki, jurnalistlər üçün bina tikintisinin davamlı olub-olmayacağı barədə məlumatsızdır: "Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Əgər məsləhət bilinsə, tikinti olacaq. Lakin həmin ərazidə yer qalmayıb".